Qazaxıstan Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 4 idman növündə təmsil olunacaq.
Sportnet.az-ın "Kazinform”a istinadən verdiyi məlumata görə, 35 idmançı boks, güləş, cüdo və taekvondo üzrə yarışlarda mübarizə aparacaqlar. Qazaxıstan ümumilikdə 50 nəfərlik heyətlə Bakıya gələcək. Onlardan 10-u məşqçilər korpusunun üzvləri olacaq. Digər 5 nəfərə gəlincə, bunlar nümayəndə heyətinin başçısı, qərargah nümayəndəsi, həkimlər və mətbuat katibidir.
Qeyd edək ki, İslamiada 12 – 22 mayda keçiriləcək.