
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha 4 cüdoçusu finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində həlledici görüşdə ölkənin 2 təmsilçisi - Elxan Məmmədovla Elmar Qasımov üz-üzə gələcək.
Bu isə daha bir qızıl medal və ən azı 3 gümüş medal deməkdir.
90 kq
1/4 final. Məmmədəli Mehdiyev - Mixail Marçitan (BƏƏ) - cərimə xalı ilə qələbə
1/2 final. Məmmədəli Mehdiyev - Batuhan Efemgil (Türkiyə) - 2 dəqiqə 28 saniyəyə ippon
FİNAL. Məmmədəli Mehdiyev - Abderrahman Benamadi (Əlcəzair)
100 kq
1/4 final. Elmar Qasımov - Ali Erdoğan (Türkiyə) - 1 dəqiqə 41 saniyəyə ippon
1/2 final. Elmar Qasımov - Layeş Buyakub (Əlcəzair) - 2 dəqiqə 57 saniyəyə ippon
1/4 final. Elxan Məmmədov - Sultan Mania (Səudiyyə Ərəbistanı) - rəqibi görüşdən imtina edib
1/2 final. Elxan Məmmədov - Viktor Demyanenko (Qazaxıstan) - 2 dəqiqə 38 saniyəyə ippon
FİNAL. Elmar Qasımov - Elxan Məmmədov
Qadınlar
+78 kq
Yarımfinal
İrina Kindzerska - Essohanam Noeline Koro (Toqo) - 65 saniyəyə ippon
İrina Kindzerska - Sonya Asselah (Əlcəzair) - 11 saniyəyə ippon
FİNAL. İrina Kindzerska - Kayra Sayit (Türkiyə)