Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında tənmsil edən güllə atıcısı Nigar Nəsirova bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma yarışında finalda 211,5 xalla 3-cü yeri tutub.
Qızıl medalı 239,3 xalla iranlı Gülnuş Sebqatollahi, gümüş medalı isə 236,3 xalla misirli Afaf Elhodhod əldə edib.