Azərbaycan yunan-Roma güləşçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 4 qızıl, 1 gümüş, 3 bürünc medalla başa vurublar.
Sportnet.az-ın məlumatına görə, bu gün mübarizəyə qoşulan pəhləvanlar da fəxri kürsüyə yüksəlməyi bacarıblar.
Onlar 3 qızıl, bürünc medal qazanıblar. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) qızıl medala sahib olub. Günün yeganə bürünc medalını 130 kq çəki dərəcəsində yer alan Sabah Şəriəti qazanıb. O, 3-cü yer uğrunda görüşdə suriyalı Raja Alkradı 9:0 hesabı ilə yenib.
Qeyd edək ki, il yarış günündə Orxan Nuriyev (98 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş, Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) bürünc medala yiyələnib.
---------------------------------------
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Elvin Mürsəliyev və Kamran Məmmədov qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən Mürsəliyev finalda türkiyəli Furkan Bayrakı yenib - 1:0.
66 kq çəki dərəcəsindəki çıxış edən Məmmədov isə həlledici qarşılaşmada qırğızıstanlı Kanat Kulıbayevi vaxtından əvvəl tam üstünlüklə məğlub edib - 7:0.
------------------------
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən daha 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, onlardan 2-si finala yüksəlib.
Kamran Məmmədov, İslam Abbasov və Elvin Mürsəliyev ilk 2 görüşdən qalib ayrılıblar. Sabah Şəriəti isə bürünc medal uğrunda güləşəcək.
Yunan-Roma güləşi
66 kq
Final. Kamran Məmmədov - Kanat Kyılıbayev (Qırğızıstan)
1/2 final. Kamran Məmmədov - Mirzobek Raxmatov (Özbəkistan) - 3:0
1/4 final. Kamran Məmmədov - Mehdi Zeydvand (İran) - 6:0
75 kq
Final. Elvin Mürsəliyev - Furkan Bayrak (Türkiyə)
1/2 final. Elvin Mürsəliyev - Kayratbek Tuqolbayev (Qırğızıstan) - 3:2
1/4 final. Elvin Mürsəliyev - Rəsul Qarmsiri (İran) - 6:1
85 kq
Final. İslam Abbasov - Ali Cengiz (Türkiyə)
1/2 final. İslam Abbasov - Azat Beyşebekov (Qırğızıstan) - 3:1
1/4 final. İslam Abbasov - Mahdi Fallah Hamidabadi (İran) - 2:1
130 kq
Bürünc medal görüşü: Sabah Şəriəti - Raja Alkrad (Suriya)
1/2 final. Sabah Şəriəti - Miminjon Abdullayev (Özbəkistan) - 0:4
1/4 final. Sabah Şəriəti - Musab Akram Xan (Pakistan) - 9:0 (vaxtından əvvəl tam üstünlüklə)
Heydər Əliyev adına Arena