1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Taekvondoçularımızdan 9 medal
Azərbaycan taekvondoçuları "Bakı 2015" I Avropa Oyunlarını 9 medalla başa vurublar. Sportnet.az-ın məlumatına görə, sonuncu yarış günündə daha 2 medal əldə olunub.
Bürünc medal əldə edən Məhəmməd Məmmədovun (63 kq) ardından Ramin Əzizov (87 kq) gümüş medala yiyələnib. Əzizov finalda iranlı Əhməd Məhəmmədini yenib - 16:14. Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 bürünc medalla başa vurublar.
Qeyd edək ki, əvvəlki yarış günlərində kişilərdən Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+87 kq) qızıl, Qaşım Maqomedov (54 kq) gümüş, qadınlardan isə Patimat Abakarova (49 kq) və Yaprak Eriş (57 kq) qızıl, Fəridə Əzizova (67 kq) gümüş medal əldə edib.
Taekvondo
Kişilər
63 kq
1/2 final. Məhəmməd Məmmədov - Alimjan Serikbayev (Qazaxıstan) - 7:8
1/4 final. Məhəmməd Məmmədov - Omar Hajjami (İndoneziya) - 26:10
1/8 final. Məhəmməd Məmmədov - İbrahim Zarman (İndoneziya) - 9:2
74 kq
1/4 final. Səid Quliyev - Toş van Diyk (Surinam) - 19:17
87 kq
FİNAL. Ramin Əzizov - Əhməd Məhəmmədi (İran) - 16:14
1/2 final. Ramin Əzizov - Serdar Yüksel (Türkiyə) - 11:5
1/4 final. Ramin Əzizov - Anas Sadek (İordaniya) - 27:8
Qadınlar
62 kq
1/4 final. Darya Şkurko - Sukayna əl-Auni (Mərakeş) - 8:10
Bakı İdman Zalı