Azərbaycanın uşu üzrə milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 171 medalla başa vurub. Sportnet.az-ın məlumatına görə, medallardan 75-i qızıl, 50-si gümüş, 36-sı bürünc əyarlıdır.
Bu nəticə ilə ölkəmiz medal əyarında birinci olub.
Son medallar uşu növündə əldə olunub. Elçin Eminov (56 kq) finalda iranlı Mahdi Mohammadiyə, Bayram Şəmmədov (65 kq) Farud Zəfəriyə, Vüqar Kərəmov (70 kq) isə Səid Faziliyə uduzub. Onlar gümüş medalla kifayətləniblər. Bürünc medalları isə Orxan Hətəmov (48 kq), Ruslan Pirəliyev (60 kq) və Pərviz Abdullayev (75 kq) əldə edib.
Bu gün daha bir gümüş medala stolüstü tennis üzrə qadınlardan ibarət komanda sahib olub. Bu dəfə də qızıl medalı qazanmağa İran mane olub.