Səusiyyə Ərəbistanının paytaxtı Ər Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçiləri daha 3 medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kq) gümüş medala sahib olub.
O, finalda qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabı ilə uduzub.
Qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kq) da eyni əyarlı medala yiyələnib. Məmmədova finalda nigeriyalı Ester Kolavoleyə 4:6 hesabı yenilib.
Nigar Mirzəzadə (68 kq) bürünc medalla kifayətlənib. Banqladeşli Həlimə Akter 3-cü yer uğrunda görüşə çıxmadığı üçün Mirzəzadə qalib elan olunub.
Daha bir sərbəst güləşçi Əli Rəhimzadə isə bürünc medal görüşündə özbəkistanlı Ümidcan Cəlalova 3:8 hesabı ilə uduzaraq, 5-ci yeri tutub.




















































































