Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazanıb.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, üzgüçü Ramil Vəlizadə finişə hamıdan tez çatıb.
O, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə 01:58.26 saniyə nəticə göstərib.
Qadın üzgüçü Məryəm Şeyxəlizadəxangah isə 100 metr məsafədə batterflay üsulu ilə üzmədə yarımfinal mərhələsini 01:01.28 saniyə nəticə ilə birinci pillədə tamamlayıb və finala yüksəlib. O həm də İslamiada rekordu qırıb.
Qeyd edək ki, bu, Azərbaycanın qazandığı 22-ci qızıl medaldır.