Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev bolqarıstanlı Petar Belberovla üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə nəticələnib – 1:4.
Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarının ilk günündə çıxışlarını başa vurublar.
-------------------------------------------
Azərbaycanın daha bir boksçusu “Minsk 2019” II Avropa Oyunlarında ilk döyüşünü keçirib.
Sportnet.az xəbər verir ki, 91 kq çəki dərəcəsində çıxış edən Rahil Məmmədli bolqarıstanlı Radoslav Panteleyevlə qarşılaşıb.
Görüş Azərbaycan idmançısının məğlubiyyəti ilə nəticələnib – 0:5.
--------------------------------------------------
Azərbaycan milli Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə ilə başlayıb.
Sportnet.az-ın məlumatına görə, boksçu Tayfur Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovla qarşılaşıb. 56 kq çəki dərəcəsində yarışan Əliyev rəqini 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
O, 1/8 finalda Ukrayna təmsilçisi Mukola Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.