Azərbaycan cüdoçuları "Minsk 2019" II Avropa Oyunlarında fərdi yarışda çıxışlarını başa vurublar.
Sportnet.az-ın Belarus paytaxtına ezam olunmuş əməkdaşı xəbər verir ki, sonuncu medal ümidi Uşangi Kokauri 3-cü yer uğrunda görüşdə avstriyalı Ştefan Heygiyə ipponla uduzub. Beləliklə cüdoçular "Minsk 2019"u 1 gümüş, 4 bürünc medalla başa vurublar. Ümumilikdə, Azərbaycanın aktivində 11 medal - 4 "gümüş", 7 "bürünc" var.