
Azərbaycanın daha bir sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinal görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov gürcüstanlı Givi Matçaraşvili üz-üzə gəlib. Məğlub olan Azərbaycan təmsilçisi üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.
Aleksandr Qostiyev (86 kq) də yarımfinalda rusiyalı Dauren Kuruqliyevə uduzub. O da bürünc medal uğrunda mübarizə aparacaq.
1/8 finalda məğlub olan Hacımurad Hacıyev isə rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, Daha öncə Mahir Əmiraslanov da finala vəsiqəni təmin edib.
---------------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda rusiyalı Zaur Uquyevlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 3:2.
Əmiraslanov həlledici görüşdə serbiyalı Stevan Miçiçlə üz-üzə gələcək. Final sabah keçiriləcək.
Qeyd edək ki, bu gün sərbəst güləşçilərdən Cəmaləddin Məhəmmədov (125 kq) və Aleksandr Qostiyev (86 kq) də 1/2 final görüşlərinə çıxacaq. Onlar müvafiq olaraq gürcüstanlı Givi Matçaraşvili və rusiyalı Dauren Kuruliyevlə qarşılaşacaqlar.
---------------------------------------
Azərbaycanın daha iki sərbəst güləşçisi “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatında görə, 86 kq çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev 1/4 finalda gürcüstanlı Sandro Amınaşvilini 6:2 hesabı ilə üstələyib. O, 1/2 finalda Rusiya güləşçisi Dauren Kuruqlievi sınağa çəkəcək.
125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/4 finalda macarıstanlı Daniel Liqetidən güclü olub - 6:5
Daha öncə yarımfinala vəsiqəni təmin edən Mahir Əmiraslanov (57 kq) bu mərhələdə rusiyalı Zaur Uquyevlə görüşəcək.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
--------------------------------------------
Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov “Minsk 2019” II Avropa Oyunlarında yarımfinala yüksəlib.
Sportnet.az xəbər verir ki, 57 kq çəki dərəcində yarışan 22 yaşlı idmançı 1/4 finalda makedoniyalı Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.
125 kq çəkidə çıxış edən Cəmaləddin Məhəmmədov isə 1/8 finalda belaruslu Vitali Piasniaka qalib gəlib – 6:0.
-----------------------------------------------------------------
Azərbaycanın 2 güləşçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına qələbə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu gün ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Mahir Əmiraslanov (57 kq) 1/8 finalda Bolqarıstan təmsilçisi Georgi Vangelovu 6:5 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə makedoniyalı Vladimir Egorovla üz-üzə gələcək. Aleksandr Qostiyev (86 kq) isə moldovalı Denis Balaura qalib gəlib - 7:1. Onun növbəti rəqibi gürcüstanlı Sandro Aminaşvili olacaq.
Digər sərbəst güləşçilərə gəlincə, Hacımurad Hacıyev (74 kq) 1/8-də türkiyəli Soner Demirtaşa uduzub - 3:4. Cəmaləddin Məhəmmədov (125 kq) isə belaruslu Vitali Piasniakla görüşəcək.
Qeyd edək ki, bu gün həmçinin Azərbaycanın kamandan oxatma yarışında yeganə təmsilçisi Ozay Qasımova klassik kamandan oxatmada 1/32 almaniyalı Senta Rixterlə 0:6 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.