Martın 25-də Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə beynəlxalq Qran-pri yarışına start veriləcək. Sportnet.az-ən məlumatına görə, üç gün davam edəcək mötəbər yarışda Azərbaycan cüdoçuları da çıxış edəcəklər.
Belə ki, milli komandamız 13 idmançı ilə təmsil olunacaq. Bunlar Orxan Səfərov, İlqar Müşkiyev (60 kq), Nicat Şixəlizadə, Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəqq Rəsullu, Rüstəm Alimli (81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) və yeganə xanım cüdoçu Aişə Qurbanlıdır (48 kq).
Reytinq xarakterli və Rio-2016 Yay Olimpiya Oyunlarına seçim turnirində 70 ölkədən 455 idmançı mübarizə aparacaq.