1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avarçəkənlərimiz sonuncu oldu
Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti 2 nəfərlik qoşa avarlı qayıqla 2000 metr məsafəyə B finalı (7 - 12-ci yerlər) yürüşünə qatılıblar. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimizin rəqibləri serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç, almaniyalı Marsel Hakker - Ştefan Krüger, yeni zelandiyalı Robert Menson - Kristofer Harris, avstraliyalı Devid Uotts - Kristofer Morqan və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev cütlükləri olub.
Aleksandr Aleksandrov - Boris Yotov dueti mübarizəni sonuncu sırada başa vurub. Onlar 7 dəqiqə 24.030 saniyə göstəriciyə imza atıblar. B finalının qalibi avstraliyalı cütlük (6 dəqiqə 58.110 saniyə) olub.