"Mən məşqçilərin verdiyi tapşırıqları yerinə yetirirdim. Sadəcə, bunu sonadək edə bilmədim. Bir az çatmadı". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Rio-2016" Yay Olimpiya Oyunlarında qadın boksunda yeganə təmsilçimiz olan Yana Alekseyevna Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə açıqlamasında bildirib. 60 kq çəkidə mübarizə aparan təmsilçimiz mübarizəyə bu gün 1/4 finalda başlayıb və ilk döyüşündəcə çinli Junhua Yinə uduzaraq mübarizəni dayandırıb.
Alekseyevna məğlubiyyətinin səbəbini belə izah edib: "Bir az sıxılmış vəziyyət idim. Heç də hamı çempion ola bilmir. Heç də hamının alnına 1-ci olmaq yazılmayıb. Yay Olimpiya Oyunlarına düşməyim artıq mənim üçün böyük nailiyyətdir. Ancaq arzum o idi ki, Azərbaycan bayrağını Olimpiadada yüksəldim. Bunu çox istəyirdim".
Görəsən, rəqib fiziki daha cəhətdən güclü idi, yoxsa daha hazırlıqlı idi? Alekseyevnanı dinləyək: "Ola bilər ki, məndə hilyəgərlik çatmadı. Bunu zərbələr öncəsi etməli idim. Əsas odur ki, bu uğursuzluğa görə ruhdan düşməyim. Toparlanıb səhvlərim üzərində işləməyim lazımdır. Allah mənə yenə imkan versə, yenidən lisenziya qazanıb Olimpiadada çıxış edərəm. Ola bilər ki, mənim missiyam Azərbaycan bayrağını Avropa və dünya çempionatında qaldırmaqdır. Bələ taleyimə bu, yazılıb".
Qadın boksçumuz ona göstərilən dəstəyə görə minnətdarlıq eidb: "Azərbaycan xalqı həqiqətən idmançılarının uğurlarına səmimi qəlbdən inanır. Mən buna şadam. Hətta görürsünüz ki, 3-cü raunda da uduzuram, bayrağını Azərbaycan xalqına görə fəxrlə əlinizdə saxlayırsınız. Açığı, buna görə sizlərin qarşısına baş əirəm".
Xatırladaq ki, Alekseyevna yarımfinala çıxacağı halda azı bürünc mükafatçı olaraq Azərbaycana "Rio-2016"da növbəti medalı təmin edəcəkdi.