Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko Radomskaya final mərhələsində çıxış edib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançı 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 56 saniyə 573 saniyəyə çatıb.
Bununla da Osipenko-Radomskaya yürüşü 8-ci pillədə başa vurub.
------------------------------
Azərbaycanın kayakçısı İnna Osipenko-Radomskaya "Rio-2016" Yay Olimpiya Oyunlarında 2-cü mükafatı uğrunda mübarizə aparacaq. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançımız bu dəfə 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə final yürüşünə qatılacaq. Mübarizə saat 17:11-də başlayacaq.
Osipenko-Radomskayanın rəqibləri çinli Yu Ju, yeni zelandiyalı Liza Karrinqton, danimarkalı Emma Yorgensen, almaniyalı Frantsişka Veber, belaruslu Marina Litvinçuk, macarıstanlı Danuta Kozak və serbiyalı Dalma Ruziçiç Benedek olacaq. "London-2012"də bu məsafədə qızıl medalı Kozak qazanıb.
Osipenko-Radomskaya daha öncə 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Son 2 olimpiadada qızıl medal qazanmış Karrinqton yenə Azərbaycan təmsilçisinin rəqibləri arasındadır. Kayakçımız yenidən medal qazansa, eyni olimpiadadan 2 medalla qayıdan ilk idmançı kimi ölkəmizin tarixinə düşəcək.