Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Pyotr Pajinski (Polşa) olub.
İlk hissədə Harçeqaninin zərbəsi baş məşqçi Reza Mehmandustun etirazından sonra qeydə alınıb və ona 3 xal verilib. Sonradan iranlı legioner daha 1 xal qazanıb - 4:0.
İkinci raunda da Harçeqani fəal başlayıb və daha 4 xal alıb. Sonradan o, 1 xal da qazanaraq, hissəni 9:0 hesablı üstünlüklə tamamlayıb.
Üçüncü hissənin əvvəlində isə Harçeqani daha 3 xal qazanaraq, təmiz qələbəyə nail olub.
Beləliklə, Azərbaycana olimpiadada 14-cü medalı Milad Beigi Harçeqani qazandırıb. Onlardan 13-ü rəsmiləşib - 4 gümüş, 9 bürünc medal. Harçeqani də qadın taekvondoçu Patimat Abakarova (49 kq) kimi bürünc medalla kifayətlənib.
----------------------------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən iranlı legionerin rəqibi Muhammad Lutalo olub.
İlk yarıda tərəflərdən heç biri xal qazana bilməyib. İkinci hissədə Lukalo 5, Harçeqani 1 xal qazanıb. Son raudda isə Böyük britaniyalı taekvondoçu 7, Azərbaycan təmsilçisi 6 xal qazanıb. Beləliklə, Lutalo 12:7 hesablı qələbə ilə finala yüksəlib.
Harçaqani isə bürünc medal uğrunda görüşdə Pyotr Pajinski (Polşa) ilə üz-üzə gələcək.
-----------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani 1/4 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, iranlı legionerin rəqibi son dünya çempionu, həmyerlisi Mahdi Xodabaxşi olub.
İlk raudda 3:0 hesabı ilə qalib gələn Harçeqani ikinci hissədə fərqi 5-ə çatdırıb - 10:5. Üçüncü raundda isə hesabı 17:5-ə çatdıran Azərbaycan təmsilçisi vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, yarımfinalda Milad Beigi Harçeqaninin rəqibi böyük britaniyalı Muhammad Lutalo olacaq.
-------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Milad Beigi Harçeqani ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən iranlı legioner 1/8 finalda Malidən olan İsmael Kulibali ilə üz-üzə gəlib.
İlk yarıda Harçeqani rəqibin başına zərbə endirərək, hesabı 4:0-a çatdırıb. Hakimlər tərəflərə xəbərdarlıq da ediblər. İkinci hissədə Azərbaycan taekvondoçusu daha 7 xal qazanıb, rəqibi isə 4 xalla kifayətlənib. Üçüncü hissədə tərəflər hərəyə 2 xal qazanıb.
Nəticədə 13:5 hesabı ilə qalib gələn Harçeqani 1/4 finalda Mahdi Xodabaxşi (İran) ilə üz-üzə gələcək.
----------------------------------
XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.
Sportnet.az-ın məlumatına görə, onlar 4 idman növündə çıxış edəcəklər.
İlk olaraq, taekvondoçu Milad Beigi Harçeqani mübarziəyə başlayacaq. 80 kq çəki dərəcəsində yer alan iranlı legionerin 1/16 final mərhələsində rəqibi Mali təmsilçisi İsmael Kulibali olalacaq. Görüş Bakı vaxtı ilə saat 17:15-də başlayacaq.
Xatırladaq ki, əslən İrandan olan Harçeqani "Bakı-2015" I Avropa Oyunlarında qalib olub.