1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qadın güləşçilərimiz 4-cü oldu
Azərbaycanın qadın güləşi yığması "Rio-2016" Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. Sportnet.az-ın məlumatına görə, milli komandamız 3 güləşçi ilə təmsil olunduğu yarışı 1 gümüş və 1 bürünc medalla başa vurub.
Mariya Stadnik (48 kq) gümüş, Nataliya Sinişin (53 kq) bürünc medal qazanıb. Yuliya Ratkeviç (58 kq) isə Olimpiadanı 5-ci pillədə bitirib.
Medal sıralamasına görə yığmamız 6-cı sırada qərarlaşıb. İlk pilləni 4 qızıl və 1 gümüş medalla Yaponiya tutub.
Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə qadın güləşi yığmamız 4-cü yeri tutub. Komanda hesabında 23 xal toplayan millimiz Yaponiya (49 xal), Rusiya (32 xal) və Qazaxstandan (31 xal) geri qalıb.
Bu nəticə ilə qadın güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 5-ə çatdırıb. Bunlardan 2-si gümüş, 3-ü bürünc əyarlıdır. Stadnik 3 dəfə medalçı (2 gümüş, 1 bürünc) olub, digər 2 mükafat isə Sinişinlə Ratkeviçin (hər ikisi bürünc) payına düşür.