
Ötən il Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarının təşkilatçılığından 53,15 milyon dollar gəlir əldə edilib. Sportnet.az-ın "BBC Russia"ya istinadən məlumatına görə, bu barədə Rio-de-Janeyroda keçirilən konfransda Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi Mark Adams açıqlama verib.
O, bildirib ki, əldə olunan gəlirin 20%-i (10 milyon dollar) Rusiya Olimpiya Komitəsinə veriləcək. Bu vəsait Rusiyada olimpiya muzeyinin yaradılmasına və idmanın inkişafına sərf olunacaq. M.Adams Soçi Olimpiyadasının ümumi dəyərinin 41 milyard dollar olduğunu bildirib.
Komitə rəsmisi təmsil etdiyi qurumun Rio-2016 üçün 1,5 milyard dollar ayırmağı düşündüyünü də qeyd edib.