Topaz PremyerLiqasında II turun son oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə hər iki matç Azərbaycanın Şimal-Qərbində baş tutub.
Əvvəlcə Zaqatala şəhər stadionunda "Simurq"la AZAL meydana çıxıb. Ardından "Qəbələ" debütant "Araz Naxçıvan"ı sınağa çəkib. Bu komandaların hər biri üçün ilk tur bir-birindən fərqlənib. "Araz Naxçıvan" "Neftçi"ni darmadağın edibsə, "Qəbələ" "İnter"ə böyük hesabla uduzub. Digər tərəfdən, AZAL mövsümün açılış matçında "Xəzər Lənkəran"la heç-heçəyə nail olduğu halda, "Simurq" ümumiyyətlə, meydana çıxmayıb. Buna rəqib "Bakı"nın sənədləşmə problemini vaxtında yoluna qoya bilməməsi səbəb olub.
Amma hər iki matçda meydan sahibləri qalib gəlib. "Qəbələ" 1 topla kifayətlənibsə, "Simurq" 2 dəfə fərqlənib. Amma Zaqatala təmsilçisinin ikinci qolunu elə AZAL-ın futbolçusu öz qapısına vurub. Bu, mövsümün ilk avtoqolu olub.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Patrik Osiako, 13. Əli Gökdəmir, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 21. Murad Səttarlı, 88. Marko Stanoyeviç
Baş məşqçi: George Çixradze
AZAL
16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 10. Tomi Kostadinov, 11. Con Kordoba, 12. Luis Ramos, 15. Oskars Klava, 22. Eltun Yaqublu, 23. Tural Nərimanov, 27. Rəşad Abdullayev (k)
Ehtiyat oyunçular: 49. Taleh Əsədov, 3. Xuan Fransisko, 6. Eduardo Makiel, 17. Viktor İqbekoyi, 18. Orxan Lalayev, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev
Turun ilk oyun gününə gəldikdə, ötən mövsümün çempionu "Qarabağ" və vitse-çempion "İnter" arasında keçirilmiş qarşılaşma qolsuz başa çatıb. Bununla da "Qarabağ" ilk turdakı texniki məğlubiyyətin ardından yenə qələbəyə həsrət qalıb.
Daha bir oyun "Bakcell Arena"da "Neftçi" ilə "Bakı" arasında baş tutub. Matç 1:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb. Heyətindəki əksər futbolçuların gənclərdən ibarət olmasına rəğmən, "Bakı" rəqibinə müqavimət göstərməyi bacarıb.
Nəhayət, ilk turda AZAL üzərində hesabda və oyunçu sayında üstün olmasına baxmayaraq, qələbəni əldən verən "Xəzər Lənkəran" AFFA-nın "hədiyyə"sindən yararlanan "Sumqayıt"ı sınağa çəkib. Bu dəfə isə Orxan Sadıqlının qırmızı vərəqə alması və düzgün yerinə yetirilən penalti sayəsində "Sumqayıt" növbəti 3 xalı aktivinə yazıb.
16 avqust (şənbə)
"Qarabağ” – "İnter” 0:0
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspekor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 70. Marinaldo Çiçero, 99. Namiq Ələsgərov. Baş məşqçi: Qurban Qurbanov
"İnter”: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli
Ehtiyat oyunçular: 1. Giorgi Lomaya, 6. Slavço Georgiyevski, 24. Fuad Bayramov, 27. Dieqo Madriqal, 33. Matiya Spiçiç, 80. Nizami Hacıyev, 91. Coşqun Diniyev. Baş məşqçi: Kaxaber Sxadadze
"Neftçi” – "Bakı” 1:0 Qol: Julius Vobay, 22
Hakimlər: Ömər Paşayev, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspekor: Rövşən Əhmədov
"Bakcell Arena” stadionu, 19:00
"Neftçi” : 1. Emil Balayev, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov , 27. Məqsəd İsayev, 90. Ernest Nfor, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 8. Elşən Abdullayev, 17. Nicat Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov. Baş məşqçi: Böyükağa Hacıyev
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 2. Nicat Əsgərov, 15. Azad Kərimov, 17. Elmin Əsgərli, 18. Əziz Quliyev, 21. Elşad Manafov, 55. Aydın Mustafazadə. Baş məşqçi: İbrahim Uzunca
"Xəzər Lənkəran” – "Sumqayıt” 0:1 Qol: Məhəmməd Qurbanov, 37 Qırmızı vərəqə: Orxan Sadıqlı, 36
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspekor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran” mərkəzi stadionu, 20:00
"Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov, 10. Elnur Abdullayev, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 63. Alfred Sanko, 99. Dejan Blajevski
Ehtiyat oyunçular:25. Tərlan Qasımzadə, 7. Etame Mbilla, 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 28. Fernando Qabriel, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov. Baş məşqçi: Oğuz Çetin
Ehtiyat oyunçular:1. Andrey Popoviç, 8. Ceyhun Cavadov, 11. Kiyan Sultanpur, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 23. Şəhriyar Xəlilov. Baş məşqçi: Aqil Məmmədov
36` dəqiqədə "Xəzər Lənkəran"ın qapıçısı meydandan qovuldu. Hakim cənubluların qapısına penalti təyin etdi. Sadıqlının yerinə Tərlan Qasımzadə keçdi.
37` Sumqayıt"ın futbolçusu Məhəmməd Qurbanov penlatini qola çevirdi.