
3:1 hesabı ilə qələbə qazanan Ağdamın "Qarabağ" klubu tarixində 4-cü dəfə Azərbaycan kubokunu qazanıb.
Qəbələ şəhər stadionu
Qəbələ şəhər stadionundan mətn yayımına başlayırıq.
1. Püşkatamaya əsasən qonaq komanda statusu daşıyan "Neftçi" meydana qırmızı forma ilə çıxıb.
4."Qarabağ"ın futbolçusuna qarşı qayda pozuntusu. Cərimə zərbəsi təyin olundu.
5. Qollll. "Qarabağ" hesabı açdı - Reynaldo....
7. "Neftçi" cərimə zərbəsini yerinə yetirdi. Şehiç zərbəni zərərsizləşdirdi.
12. Muarrem Muarrem ikinci qola yaxın oldu. Aqil Məmmədov imkan vermədi.
15. Julius Vobay cərimə zərbəsini yerinə yetirdi. Top qapının üstündən keçdi.
23. Muarrem Muarremin qapıya zərbəsi. Top toru yandan silkələdi.
27. Oyunda üstünlük "Neftçi" tərəfdədir.
35. Erik Ramos Reynaldoya qarşı qaydanı pozdu. Həkimlər meydana daxil oldu.
37. Leroy Corc cərimə zərbəsini yerinə yetirdi. Top canlı səthə dəydi və qapı xəttindən çıxdı. Hakim küncdən zərbə təyin etdi.
38. QOLLLLLLLLLLLLLLLL. Reynaldo Leroy Corcun ötürməsini dəqiq yerinə yetirdi...
45. İlk hissəyə 1 dəqiqə artırıldı.
45+1. Araz Abdullayevin qapı qarşısına ötürməsi. Elşən Abdullayevin zərbəsi qapının üstündən keçdi.
45+1. İlk hissə başa çatdı.
46. İkinci hissə başladı.
47. Reynaldo üçüncü qola yaxın oldu. Top Aqil Məmmədovun üzərinə getdi.
52. Araz Abdullayev Leroy Corca qarşı kobud oynadı. Hakim Abdullayevə şifahi xəbərdarlıq etdi.
60. Reynaldo əlverişli vəziyyətdən topu kənara vurdu.
63. "Neftçi"nin heyətində dəyişiklik. Kaue de Silva meydanı tərk etdi. Onun yerinə Samir Məsimov daxil oldu.
64. "Neftçi"nin qapısı önündə gərginlik. Aqil Məmmədov təhlükəni sovuşdurdu.
66. Reynaldonun qapıya zərbəsi. Aqil Məmmədov qola imkan vermədi.
71. "Neftçi"nin heyətində dəyişiklik. Araz Abdullayevi Ernest Nfor əvəzlədi.
73. "Qarabağ"ın heyətində ilk əvəzetmə. Vüqar Nadirov Leroy Corcun yerinə meydana daxil oldu.
76. QOLLLLLLLL. "Qarabağ"ın qapısı önündə qarışıqlıq. Şehiç səhvə yol verdi. Ernest Nfor hesab arasında fərqi azaltdı.
79. "Neftçi"nin heyətində sonundu dəyişiklik. Emin Mehdiyev Məqsəd İsayevi əvəz etdi.
80. Karlos Kardozo sarı vərəqə aldı. O, Reynaldonun hücumun qarşısını kobudluqla aldı.
82. "Qarabağ"ın heyətində Namiq Yusifov Cavid Tağıyevi əvəz etdi.
83. QOLLLLLLLLLLLL. Muarrem Muarremm....
85. Samir Məsimovdan qüvvətli zərbə. Şehiç barmaqlarının ucu ilə topa toxunaraq qapısını qoldan xilas etdi.
90. İkinci hissəyə 3 dəqiqə əlavə edildi.
90+2. "Qarabağ"da Muarrem Muarremi İlqar Qurbanov əvəz etdi.
90+3. Budur Rəhim Həsənovun final fiti. "Qarabağ" Azərbaycan kubokunun sahibi oldu.

