
"Gözəl oyun oldu. Yaxşı atmosfer vardı. Şükürlər olsun ki, uğurlu alındı". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi" üzərində 3:1 hesablı qələbədən sonra deyib.
29 yaşlı müdafiəçi qalibiyyətin qeyd etdikdən sonra hər şeyi unudub avrokuboklara yönəlmək lazım olduğunu vurğulayıb: "Qızıl dubl" etmək çox gözəl duyğudur. Hələki vaxtımız var. Bu qələbəni qeyd etmək lazımdır. Ondan sonra artıq bu oyunu yaddan çıxarıb Çempionlar Liqasına hazırlaşmaq lazımdır. Xeyirlisi inşallah"