"Bu gün bir daha şahidi olduq ki, iki cəbhədə döyüşmək üçün əlinin altında gərək iki bərabər səviyyədə heyət ola". Sportnet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Kubokunun finalında "Qarabağ"la oyundan sonra deyib.
44 yaşlı mütəxəssis 1:3 hesablı məğlubiyyətə belə şərh verib: "Heyətlə bağlı çətinliklərimiz oldu. Zədəlilər vardı. Ancaq bunlara baxmayaq, uşaqlara təşəkkürümü bildirirəm. Əllərindən gələni etdilər. Düşünürdüm ki, komanda bir oyuna toparlanar. Ancaq mənə aydın oldu ki, mütləq ehtiyat qüvvə olmalıdır.
Neftçi daim təzyiq altındadır. Ondan daim nəticələr gözlənilir. Hardasa bunlar da öz təsirini göstərir. Ancaq yenə də hardasa son dövrəyə baxsaq, "Xəzər Lənkəran"la oyundan sonraya kimi heyətdə hər şey qaydasında idi. Həm çempionatda 3-cü yerdə idik, həm də kubokda finala vəsiqə qazanmışdıq. Ondan sonra başladı. Flavinyo zədələndi, qırmızı vərəqələr oldu. Problemlər yarandı. İstər-istəməz bunlar da öz təsirini göstərdi".
Baş məşqçi klubdan hansı futbolçuların gedəcəyi ilə bağlı sualı belə cavablandırıb. "Müqaviləsi bitən futbolçular var. Kimin müqaviləsinin uzadılıb-uzadılmaması ilə bağlı müzakirələrimiz olacaq. Ən əsası komanda mütləq güclənməlidir. Xüsusi ilə müdafiədə çox əziyyətlər çəkdik. Ən sevindirici hal odur ki, bizim gənc futbolçularımız artıq püxtələşməyə başlayıblar. Nəyisə itirdiksə, nəyisə də qazandıq".
Əsədov istefa verib-verməyəcəyi ilə bağlı məsələyə belə aydınlıq gətirib: "Bununla bağlı mətbuatda söz-söhbət çıxıb. Ancaq mənim klubumla bir illik müqaviləm var. Rəhbərliklə bu haqda söhbət olmayıb. Mən öz işimi edirəm".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |