
"Şükürlər olsun ki, həm çempionluğu, həm kuboku qazandıq. Avropa bizi gözləyir. Çalışacağıq ki, Çempionlar Liqasında yaxşı çıxış edək". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Vüqar Nadirov Azərbaycan kubokunun finalında "Neftçi" üzərində 3:1 hesablı qələbədən sonra bildirib.
28 yaşlı yarımmüdafiəçi duyğularını belə ifadə edib: "Bu sevincin həddi yoxdur. Qələbəni Ağdam köçkünlərinə həsr edirik. Onlar sanki Ağdamı görüb gəldilər. Qarşıda tələblərimiz böyükdür. Artıq çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik".
Qeyd edək ki, Vüqar Nadirov 5 qolla bu mövsüm Azərbaycan Kubokunun bombardiri olub.