Bu gün "Xəzər Lənkəran" Futbol Klubunun prezidenti Mais Mənsimov və baş məşqçi Mustafa Dənizli arasında görüş keçirilib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşdə komandanın durumu barədə müzakirələr aparılıb.
Yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.
Yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.
"Xəzər Lənkəran" Dənizliyə klubda çalışdığı müddətdə etdiyi xidmətlərə görə təşəkkür edir və ona gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, Mustafa Dənizli ötən gün keçirdiyi mətbuat konfransında istefa verməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, Mustafa Dənizli ötən gün keçirdiyi mətbuat konfransında istefa verməyəcəyini açıqlamışdı.