Bu gün "Bakı 2015" I Avropa Oyunlarında atıcılıq idmanı üzrə qadınlar arasında 10 metrdən tapança ilə atış yarışları keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin ən yaşlı üzvü İradə Aşumova ilə Nərminə Səmədova təsnifat mərhələsində müvafiq olaraq 373 və 360 xal toplayıblar.
Bu xallar isə onların final mərhələsinə vəsiqəsi üçün kifayət etməyib. Qızıl medalın sahibi serbiyalı Zorana Arunoviç olub. Gümüş və bürünc medallara isə müvafiq olaraq, ispaniyalı Sonia Franquet və belaruslu Viktoriya Çayka sahib çıxıb.
Qeyd edək ki, hazırda 57 yaşı olan İradə Aşumova 2004-cü il Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.