1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qazyumov qələbəsini Azərbaycana həsr etdi
" I Avropa Oyunları bizə olduqca güclü təəsürrat bağışlayıb və bu, Azərbaycan üçün böyük bir bayramdır". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Avropa Oyunlarının qızıl mükafatçısı Xetaq Qazyumov bildirib.
Onun sözlərinə görə, bu Oyunlarda iştirak etmək onun üçün böyük şərəfdir. Qazandığı qələbə haqqında danışan güləşçi qeyd edib ki, bu qələbəsini bütün Azərbaycana həsr edir.
X.Qazyumov gələcək planları ilə bağlı da danışıb. O, hazırda qarşıdan gələn dünya çempionatına hazırlıqlara başlamaq niyyətində olduğunu bildirib: "Əgər seçmə mərhələlərini keçsək, əzmlə mübarizə aparacağıq. Bizim məqsədimiz yalnız ən yüksək zirvəni fəth edərək qızıl medal qazanmaqdır. Biz maksimalistik"