
"Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparan Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası bu gün yarımfinal matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, rəqib Türkiyə millisi olacaq.
Bu komandalar qrup mərhələsində də üz-üzə gəlib. Həmin vaxt Türkiyə 3:0 hesablı qələbə sayəsində qrup lideri kimi növbəti mərhələyə yüksəlib. İndi isə finala vəsiqə uğrunda daha gərgin mübarizənin gedəcəyi gözlənilir.
Qeyd edək ki, qalib komanda finalda Polşa ilə qarşılaşacaq. Polşa digər yarımfinal matçında Serbiyanı məğlubiyyətə uğradıb - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12. Bürünc medal və final görüşləri iyunun 27-də keçiriləcək.
Avropa Oyunları
Qadın voleybolu
Yarımfinal
AZƏRBAYCAN - Türkiyə - 2:2 (21:25, 25:23, 19:25, 25:23, 11:15)