Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında daha 2 qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, buna boks üzrə 52 kq çəki dərəcəsindəki Elvin Məmişzadə ilə 64 kq çəkidəki Kollazo Sotomayor nail olub.
Hər iki boksçu finalda italiyalı rəqiblərini məğlub edib. Məmişzadə finalda Vinçentso Pikardini, Vinçentso Mangiakapreni 3:0 hesabı ilə yenib.
Bununla da Azərbaycanın boks növündə qazandığı qızıl medalların sayı 3-ə çatıb. Daha öncə Teymur Məmmədov (81 kq) hamıdan güclü olub.
Hər iki boksçu finalda italiyalı rəqiblərini məğlub edib. Məmişzadə finalda Vinçentso Pikardini, Vinçentso Mangiakapreni 3:0 hesabı ilə yenib.
Bununla da Azərbaycanın boks növündə qazandığı qızıl medalların sayı 3-ə çatıb. Daha öncə Teymur Məmmədov (81 kq) hamıdan güclü olub.
x x x
Azərbaycanın daha bir boksçusu "Bakı 2015" I Avropa Oyunlarında finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, bu, 91 kq çəki dərəcəsində çıxış edən Abdulkadir Abdullayevdir.
27 yaşlı idmançı yarımfinalda rusiyalı Sadam Maqomedova qalib gəlib - 2:1. Onun finaldakı rəqibi Gevorq Manukyan (Ukrayna) - Yosip Bepo Filipi (Xorvatiya) döyüşünün qalibi olacaq.
Qeyd edək ki, bu gün rinqə çıxan boksçulardan Yana Alekseyevna (60 kq) bürünc medal qazanıb, Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Xaybula Musalov (75 kq) finala yüksəlib. Ötən gün isə Elvin Məmişzadə (52 kq) və Kollazo Sotomayor (64 kq) finala yüksəlib.
x x x
x x x
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Pərviz Bağırov finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 21 yaşlı idmançı yarımfinalda böyük britaniyalı Coş Kellini məğlub edib - 3:0.
Onun finaldakı rəqibi rusiyalı Aleksandr Besputin olacaq.
Qeyd edək ki, bu gün rinqə çıxan boksçulardan Yana Alekseyevna (60 kq) bürünc medal qazanıb, Albert Səlimov (60 kq) isə finala yüksəlib.
x x x
Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən boksçu Albert Səlimov finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı idmançı yarımfinalda irlandiyalı Şon Makkombu məğlub edib - 3:0. x x x
Onun finaldakı rəqibi Sofian Umiha (Fransa) - Matyuş Polski (Polşa) cütünün qalibi olacaq.
x x x
"Bakı 2015" I Avropa Oyunlarında bu gün Azərbaycanın 7 boksçusu rinqə çıxacaq. Sportnet.az-ın məlumatına görə, əvvəlcə təşkilatçı ölkənin 5 təmsilçisi yarımfinalda mübarizə aparacaq.
Saat 12:45-də qadın boksçu Yana Alekseyevna (60 kq) irlandiyalı olimpiya, dünya və Avropa çempionu Keti Teylorla qarşılaşacaq.
Kişi boksçulara gəldikdə, saat 13:00-da Albert Səlimov (60 kq) daha bir irlandiyalı Şon Makkombu, saat 13:45-də Pərviz Bağırov (69 kq) böyük britaniyalı Coş Kellini, saat 14:15-də Xaybula Musalov (75 kq) macarıstanlı Zoltan Harksanı, saat 14:30-da Abdulkadir Abdullayev (91 kq) rusiyalı Sadam Abdullayevi sınağa çəkəcək.
Axşam seansında isə final döyüşləri baş tutacaq. Saat 18:45-də Elvin Məmişzadə italiyalı Vinçentso Pikkardi ilə görüşəcək. Saat 19:15-də isə Kollazo Sotomayor daha bir italiyalı Vinçentso Mangiakapre ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan boksçuları Avropa Oyunlarında hələlik 4 medal qazanıblar. Teymur Məmmədov (81 kq) qızıl, Anna Əlimərdanova (54 kq), Tayfur Əliyev (56 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) bürünc medala sahib olub.