
Azərbaycan idmaçılarının 56 medal qazandıqlarını da vurğulayan birinci xanım onlara təşəkkür bildirib.
"Azərbaycan Avropaya qollarını və ürəyini açdı" deyən təşkilat komitəsinin sədri 17 gün ərzində ölkəmizin Avropaya mədəniyyətimiz və digər müsbət keyfiyyətlərini nümayiş etdirdiyini bildirib. O, növbəti illərdə də Bakıda bir çox nüfuzlu yarışların təşkil ediləcəyini xatırladıb.
Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki isə təşkilatçılıqdan məmnunluq ifadə etməklə yanaşı Azərbaycan idmançılarına da layiqli nəticələrlə təşkilatçılığa tövhə verdiklərini bildirib.

