Bu gün futbol üzrə Avropa kuboklarında 2015-2016-cı il mövsümü start götürüb. Sportnet.az-ın məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə Ermənistan və Maltada start verilib.
"Pünik" San Marino çempionu "Folqore"ni yensə də, "Baltsan" Bosniya və Herseqovina "Jelezniçar"ına uduzub. Sonrakı 3 oyun qolsuz tamamlanıb. Günün ən gec başa çatan matçında isə Moldova "Daçiya"sı Makedoniyada "Renova"nı məğlub etməyi bacar.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk görüşlər
21:00. "Pünik" (Ermənistan) - "Folqore" (San Marino) - 2:1
Qollar: Vardges Satumyan, 45+2. Sezar Romero, 48 - Joze Hirş, 71
23:00. "Linkoln" (Cəbəllüttariq) - "Santa Koloma" (Andorra) - 0:0
23:45. "Kruzeyders" (Şimali İrlandiya) - "Levadiya" (Estoniya) - 0:0
Avropa Liqası
I təsnifat mərhələsi, ilk görüşlər
21:00. "Baltsan" (Malta) - "Jelezniçar" (Bosniya və Herseqovina) - 0:2
Qollar: Bayiç, 4-pen; 13
22:00. "Proqres" (Lüksemburq) - "Şemrok Rovers" (İrlandiya) - 0:0
24:00. "Renova" (Makedoniya) - "Daçiya" (Rumıniya) - 0:1
Qol: Mihay Roşka, 12
Qeyd edək ki, Çempionlar Liqasında ilkin təsnifat mərhələsinin qalan oyunu iyulun 1-də, Avropa Liqasındakı qalan oyunlar isə iyulun 2-də keçiriləcək. Azərbaycan klublarından "Neftçi", "İnter" və "Qəbələ" Avroliqada I təsnifat mərhələsindən, "Qarabağ" isə Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.