1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Onları burdan "salamat buraxmağa" ixtiyarımız yox idi"
"Çətin oyun idi. Lakin buna baxmayaraq biz böyük əzmkarlıq nümayiş edib qalib gələ bildik". Sportnet.az-a məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Arif Daşdəmirov deyib.
O, Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə cavab oyununda qazandıqları 2:0 hesablı qələbəni şərh edib: "Oyunun bitməsinə 10 dəqiqə qalmışdı və biz qol vura bilmirdik deyə əsəblərimiz gərilmişdi. Onların futbolçusu qırmızı vərəqə aldıqdan sonra isə bizim ixtiyarımız yox idi ki, onları burdan "salamat buraxaq". Sevindirici haldır ki, rəqibi təzyiq altında saxlayıb, istəyimizə çatdıq. Roman Qriqorçukun əvəzetmələri böyük rol oynadı. Yeni futbolçuları oyuna daxil edərək tempi artırdı. Bunun nəticəsində təzyiqimiz daha da artdı. Bəhrəsini isə vurulan iki qolla gördük. Biz əvvəlcədən bilirdik ki, sadəcə 1 qol lazımdır. Erkən vursaydıq ardınca 2-3 qol gələckdi. Vaxt keçdikcə isə gərginlik artırdı. Heçnəyə baxmayaraq istəyimizə çatdıq".
Qeyd edək ki, "Qəbələ" Gürcüstanda keçirilmiş ilk oyunda 1:2 hesabı ilə məğlub olub, cavab oyununda isə 2:0 qələbə qazanaraq növbəti mərhələyə adlayıb.