1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bunlar münasibətlərimizə xələl gətirmək istəyənlərin işidir"
"Qəbələ"nin Gürcüstan "Dinamo"su ilə keçirdiyi Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə yerli azarkeşlərin Gürcüstan bayrağını yandırması və siyasi pankartlar nümayiş etdirmələrinə Gürcüstan tərəfində reaksiya verilib. Sportnet.az-ın məlumatına görə, ölkənin Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu halların iki ölkə arasını vurmaq istəyən qüvvələrin işləri olduğunu bildirib.
O, ölkəsinin mətbuatına açıqlamasında bunları deyib: "Bu provokasiya Gürcüstan ilə Azərbaycanın münasibətlərinə xələl gətirmək istəyənlərin addımıdır. Faktiki olaraq bu Tiflisdə olanlara cavab idi. Buna görə də biz çalışmalıyıq ki, gələcəkdə bu kimi hallar təkrarlanmasın. Mən Azərbaycan tərəfindən lazımı orqanlara müraciət edirəm ki, tezliklə faktla bağlı araşdırma aparsınlar".
Qeyd edək ki, iyulun 9-da iki klub arasında Qəbələdə keçirilən cavab oyununun ilk hissəsinin sonlarına yaxın stadionda "bir qrup azarkeş gürcülərin Tbilisidə Azərbaycan bayrağına və ərazi bütövlüyünə qarşı hörmətsizlik etməsinə cavab olaraq "Burchali is ancient Azerbaijan land" ("Borcalı - qədim Azərbaycan torpağıdır)"Sarvan no Marneuli", "Bostandere No Rustavi" и "Choruk Gemerli! No Bolnisi!" yazılmış pankartlar açıblar. Qısa müddətdən sonra həmin pankartlar polis əməkdaşları tərəfindən yığışdırılıb.