Türkiyənin Kapadokya bölgəsində yay təlim məşq toplanışını davam etdirən "Xəzər Lənkəran” komandası bu gün ilk yoxlama oyununu keçirəcək. Sportnet.az-ın məlumatına görə, "ağ-yaşıllar" Türkiyə 3-cü liqa təmsilçisi "Niğdespor”la qarşılaşacaq.
Görüş Azərbaycan təmsilçisinin məskunlaşdığı otelin məşq meydanında Bakı vaxtı ilə saat 20:00-da baş tutmalı idi. Lakin tərəflərin razılığı ilə görüş yarım saat tez başlayıb.
11 iyul
Yoxlama oyunu
19:30. "Xəzər Lənkəran" - "Niğdespor" - 1:0
Qol: Rəşad Eyyubov, 34
"Xəzər Lənkəran": Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya.
Oyunun 2-ci dəqiqəsində rəqibin cərimə meydançası qarşısında kapitan Rahid Əmirquliyevə qarşı kobudluq oldu və Vaqif Cavadovun 25 metrdən vurduğu cərimə zərbəsi qapı tirindən döndü.
11 iyul
Yoxlama oyunu
19:30. "Xəzər Lənkəran" - "Niğdespor" - 1:0
Qol: Rəşad Eyyubov, 34
"Xəzər Lənkəran": Pavel Kapsa, İlyas Səfərzadə, Rasim Ramaldanov, Adrian Skarlatake, Ruslan Abışov, Dieqo Souza, Rahid Əmirquliyev, Rəşad Eyyubov, Vaqif Cavadov, Vüqar Nadirov, Rafinya.
Oyunun 2-ci dəqiqəsində rəqibin cərimə meydançası qarşısında kapitan Rahid Əmirquliyevə qarşı kobudluq oldu və Vaqif Cavadovun 25 metrdən vurduğu cərimə zərbəsi qapı tirindən döndü.
İlk 10 dəqiqə ərzində topa hakim tərəf komandamızdır. Vaqif Cavadov bir dəfə qapı tirini silkələsə də, növbəti iki cəhddə qeyri dəqiq zərbə ilə hesabı açmaq şansını qaçırdı. 15-ci dəqiqənin tamamında Rafinyanın yaxın məsafədən baş zərbəsi qapıdan aralı keçdi. Bir dəqiqə sonra braziliyalını Elnur Cəfərov əvəzlədi.
Oyunun 28-ci dəqiqəsində rəqib ilk dəfə cərimə meydançasına daxil oldu və hücumçunun qapıya vurduğu zərbədən sonra müdafiəçi Rasim Ramaldanov sürüşmə fəndi ilə topu uzaqlaşdıra bildi.
QOL! Rəşad Eyyubov 34-cü dəqiqədə hesabı açdı.
İlk yarı başa çatdı.
İkinci hissə başladı.
Meydanda bərabər səviyyəli mübarizə gedir. Rəqibin fəallığı sonunda qapı dirəyi hesabın bərabərləşməsinə mane oldu.
Vuqar Nadirovun qüvvətli zərbəsi qapı tirini kənardan silkələdi!
60 dəqiqənin tamamında ilk hissə ilə müqayisədə rəqib daha fəal görünsə də hesab dəyişməyib.
Son yarım saatda "Xəzər Lənkəran"ın qapısını Orxan Sadıqlı qoruyacaq. Rəşad Eyyubovu isə Elşən Rzazadə əvəzləyir.
Bu əvəzetmələrdən 3 dəqiqə sonra Rahid Əmirquliyevin uzaqdan qüvvətli zərbəsini qapıçı çətinliklə dəf etdi.
Matçın son iyirmi dəqiqəsinə doğru meydanda elə də ciddi epizod yaşanmır. "Xəzər Lənkəran" növbəti əvəzetmələrini edir. Vaqif Cavadovu Kazım Kazımlı, İlyas Səfərzadəni isə Mahsun Qəmbərli əvəzləyir.
"Xəzər Lənkəran" rəqibi tamamən qapısına doğru sıxışdırıb və bu dəqiqələrdə ərazi üstünlüyünü davam etdirir.
83-cü dəqiqədə Elnur Cəfərovun gözəl ötürməsi sonrası Vüqar Nadirovun zərbəsini rəqib qapıçı çətinliklə qaytardı.
Oyun başa çatdı.