"Neftçi"nin əvəzedici komandasına Batumi şəhərində qoşulan gürcüstanlı futbolçu Georgi Qaprindaşvilinin kimliyinə aydınlıq gəlib. Sportnet.az xəbər verir ki, Qaprindaşvili 1995-ci ilin mayın 6-da doğulub.
Gənc yarımmüdafiəçinin ilk klubu "Dila" olub. O, 2013/2014 mövsümündə Qori klubunun əsas komandası ilə cəmi 9 oyuna çıxıb. Əvəzedici komandada isə 18 oyun keçirən Qaprindaşvili 1 qola imza tıb. Ötən il iyulun 1-də isə o, "Sioni" ilə müqavilə bağlayıb. Futbolçu Bolnisi klubunun əsas komandasında son mövsüm 20 oyuna çıxıb, 1315 dəqiqə meydanda olub.
Qeyd edək ki, Georgi Qaprindaşvili "Neftçi"nin əvəzedici komandasında ötən gün Gürcüstanın I dəstə təmsilçisi "Kede"yə qarşı çıxış edib. O, 1:1 hesablı heç-heçə ilə nəticələnən matçın fasiləsində Ömər Buludovu əvəzləyərək meydana girib.