1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı"nın stadionları olmasaydı, dünya çempionatı Azərbaycandan alınacaqdı"
"Bakı"nın bu bazasındakı stadionlar olmasaydı, 17 yaşadək qızlar arasında dünya çempionatı 2012-ci ildə Azərbaycandan alınaraq Macarıstana veriləcəkdi". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında klubun icraçı direktoru Yaşar Seyidov deyib.
O bildirib ki, 2012-ci ildə UEFA və FİFA prezidentləri ilə görüşdə bazadakı stadionların qısa müddətə hazır olacağına söz verilib. Bundan sonra Hollandiya şirkəti ilə danışıqlar apararaq, meydançaların dünya çempionatına qatılacaq komandaların məşqləri üçün hazırlanması təmin olunub.
Y.Seyidov hazırda pis vəziyyətdə olan klub bazasındakı meydançaların avqustun sonlarınadək qaydasına düşəcəyini söyləyib: "Artıq yeni şirkətlə əməkdaşlığa başlamışıq. Tezliklə işlərə başlanılacaq. Stadionların saxlanılması maliyyə baxımından asan məsələ deyil. Amma biz çalışırıq ki, bu məsələni öz imkanlarımız hesabına həll edək".