
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yığmamız seçmə tsikllə 2016-cı il sentyabrın 4-də San Marinoya qarşı səfər matçı ilə başlayacaq.
Sonuncu qarşılaşma isə 2017-ci il oktyabrın 8-də yenə səfərdə baş tutacaq. Amma bu dəfə rəqib dünya çempionu Almaniya olacaq. Ümumiyyətlə, millimiz gələn il evdə cəmi bir oyun keçirəcək. Bu, Norveçlə qarşılaşmadır.
2016-cı il
4 sentyabr
Saat 21:00. San Marino - Azərbaycan
8 oktyabr
Saat 21:00. Azərbaycan - Norveç
11 oktyabr
Saat 23:45. Çexiya - Azərbaycan
11 noyabr
Saat 23:45. Şimali İrlandiya - Azərbaycan
2017-ci il
26 mart
Saat 21:00. Azərbaycan – Almaniya
10 iyun
Saat 21:00. Azərbaycan - Şimali İrlandiya
1 sentyabr
Saat 23:45. Norveç - Azərbaycan
4 sentyabr
Saat 21:00. Azərbaycan - San Marino
5 oktyabr
Saat 21:00. Azərbaycan – Çexiya
8 oktyabr
Saat 23:45. Almaniya - Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.





































































