
Kubanın otüstü hokkey üzrə kişilərdən ibarət milli komandasının 7 oyunçusu Kanadanın Toronto şəhərində keçirilən Panamerika Oyunları zamanı ABŞ-a qaçıb. Sportnet.az-ın məlumatına görə, Trinidad və Tobaqo yığmasına qarşı matçda Kubanın cəmi 8 oyunçusu meydana çıxıb.
Onlardan biri Rocer Agiler deyib: "Komanda yoldaşlarımızdan 7-si ABŞ-a qaçıb. Kubanı güclü heyətlə təmsil etməyə çalışırdıq. Biz ölkəmizi və bayrağımızı sevirik".
Qeyd edək ki, görüş Trinidad və Tobaqonun 13:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kubalı idmançılar əvvəllər də beynəlxalq turnirlər zamanı imkan düşən kimi qaçıblar.