1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Əsas heyəti müəyyənləşdirdik" - MÜSAHİBƏ
"Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Türkiyənin Ərzurum bölgəsindəki toplanış necə keçdi?
- Bu, "Kəpəz”in çempionat öncəsi hazırlıq dönəmində sayca üçüncü toplanış idi. Baş məşqçi olaraq deyim ki, komandamızın çatışan və çatışmayan cəhətləri var. O qənaətdəyəm ki, futbolçular taktiki və fizki hazırlıq üzərində səylə işlədilər, bir-biriləri ilə anlaşmağa çalışdılar. Uşaqlara üzərimə düşən məsuliyyəti dərk etdiklərinə görə minnətdaram. Komanda sıfırdan yaranır, ona görə səhvlərimiz olacaq. Bu səhvləri minimuma endirmək üçün çalışmalıyıq. Oyunçuların bir-birilərinə uyğunlaşması üçün vaxta ehtiyac var. Çempionat oyunları davam edə-edə optimal formanı yığacağıq.
- Qardaş ölkədə komanda həm də üç yoxlama oyununda qüvvəsini sınadı. Fikirləriniz nədən ibarətdir?
- Komandanın formalaşması üçün hər üç təlim-məşq toplanışının önəmi vardı. Türkiyədə böyük addımlar artıq, nəzərə çarpacaq irəliləyişlərə nail olduq. Ərzurumda komandanın əsas heyətini də müəyyənləşdirdik. Bu mənada Türkiyədə keçirdiyimiz üç oyunun rolu böyük oldu. İki matçda qalib gəlib, birində heç-heçə etdik. Hər üç oyunda futbolçuların hamısına şans verdik. Nəticədən asılı olmayaraq, oyunçulara mövqeyində və oyun sxemində özünü göstərmək üçün imkan yaratdıq. Uşaqlar etimadı doğrultmaq üçün çalışdılar. Digər komandalarda olduğu kimi, bizdə də çatışmazlıqlar çoxdur. Bunun üzərində işləməliyik. Çempionatın startına az qalıb. Qalan vaxt ərzində problemləri aradan qaldırmalıyıq.
- Məşqlərdə futbolçulardan istədiyinizi ala bildiniz?
- Desəm ki, axıra kimi ala bildim, bu, yalan olar. Az öncə dediyim kimi, optimal formaya düşə bilməmişik. Bu da hardasa fiziki və taktiki yükləmələrlə bağlı oldu. Yenə deyirəm, zamana ehtiyacımız var. Premyer Liqanın başlamasına kimi çatışmayanların üzərində işləyəcəyik. Futbolçulardan razı qalsam, onda gərək bu məşqləri dayandırıb, sırf oyuna hazırlaşaq. Amma onu söyləyə bilərəm ki, razı qaldığım məqamlar razı qalmadıqlarımdan daha çoxdur.
- Üç yoxlama oyununda komandanı arzuladığınız kimi görmək imkanı qazandınız?
- Görmək istədiyim oyunu məqamlarla görə bildim. Ancaq 90 dəqiqə ərzində futbolçuların sistemə uyğun oyun göstərməsi hələ çətin işdir. Oyunumuzu artırmalıyıq. Müdafiədə, oyun quruculuğunda və hücumun təşkilində olan müsbət məqamları çoxaltmalıyıq. Oyundan-oyuna buna nail olmalıyıq. Səhvlərimizi minimuma endirsək, ötürmələrin keyfiyyətini artısaq, anlaşmanı istənilən səviyyəyə çatdıra bilsək, arzuladığımıza nail olacağıq və görmək istədiyim oyun alınacaq.