1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" bəyanat yaydı
"Qəbələ" klubu Kipr "Apollon"u ilə UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda baş vermiş hadisələrlə əlaqədar bəyanat yayıb. Sportnet.az-ın məlumatına görə, bəyanatda Larnakadakı "Antonis Papadopulos" stadionunda baş vermiş hadisələrdən dərin təəssüf ifadə olunub.
Klub futbol ictimaiyyətinin diqqətinə çatdırıb ki, matçdan öncə həm rəqib komanda rəhbərliyinə, həm də UEFA nümayəndəsinə xoşagəlməz halların baş verməməsi üçün tədbir görülməsinin vacibliyi bildirilib. Eyni zamanda, daha öncə klub və milli komandalar səviyyəsində Kiprdə keçirilmiş oyunlarda yaşanmış qalmaqallar hər iki tərəfin nəzərinə çatdırılıb: "Komandamızın kapitanı Cavid Hüseynov 2006-ci ildə 19 yaşlılardan ibarət Azərbaycan – Ermənistan milli komandalarının oyununda da kiprli azarkeşlərin fiziki təzyiqinə məruz qalmışdı.
Təəssüf hissi ilə qeyd etməliyik ki, keçmişdə baş vermiş bənzər hadisələr bu oyunda da yaşandı. Rəqib komandanın azarkeşləri ölkəmizin bayrağının yandırılmasına cəhd etsələr də, dərhal UEFA nümayəndəsi və "Apollon” klubunun rəhbərliyinə etirazımızı bildirdik və məsələyə müdaxilə etmələrini tələb etdik. Bu tələbimizdən sonra qarşı tərəf bayrağımızın yandırılmasının qarşısını aldı. Bununla belə, bütün xəbərdarlıqlarımıza baxmayaraq, tribunalarda xoşagəlməz hadisələr davam etdi. "Apollon” azarkeşləri ölkəmizin atributlarını təhqir etməkdən çəkinmədilər".
Daim rəqibə, hakimlərə, azarkeşlərə hörmət prinsipini əsas tutduğunu bəyan edən "Qəbələ” idman meydanlarında bu cür hadisələrin baş verməsinə qarşı olduğunu bildirib. Bu səbəbdən, klub avqustun 6-da keçiriləcək cavab oyununda azarkeşləri təxribatlara uymamağa və yalnız komandamızı dəstəkləməyə çağırıb.