Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 4 matç keçirilib.
İlk oyunlardan əlverişli nəticələrlə dönməyi bacaran APOEL, "Monako", "Molde" və "Ayaks" evdə qollu heç-heçə təqdirində belə "pley-off"a adlayacaqdılar. Bu halda onlar ən azı Avropa Liqasının qrup mərhələsində yerlərini təmin edəcəklər. İlk 2 komanda sərfəli nəticələrlə istəyinə nail olub. Amma "Ayaks" Avstriyada 2:2 hesablı heç-heçə etdiyi "Rapid"ə Hollandiyada uduzub - 2:3. Norveç "Molde"si isə Xorvatiya "Dinamo"su ilə ev oyununda da heç-heçə edib. Lakin zaqreblilər səfər qolu sayəsində mərhələ adlayıb.
APOEL Danimarkada 2:1 hesabı ilə yendiyi "Midtyulland"a Kiprdə minimal hesabla yenilib - 0:1. Amma səfərdə daha çox qol vurması səbəbindən kiprlilər mərhələ adlayıblar.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
22:00. "Molde" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:3
Qollar: Etzaz Hüsseyn, 43. Mohamed Əl-Yunussi, 52-penalti ilə. Ola Kamara, 75 - Marko Pyaça, 17. Ariyan Ademi, 20. Marko Roq, 22
"Molde"nin futbolçularından Ola Kamara 8-ci, Harmit Sinq 45-ci dəqiqədə penaltidən yararlana bilməyib.
İlk oyun - 1:1
"Molde"nin futbolçularından Ola Kamara 8-ci, Harmit Sinq 45-ci dəqiqədə penaltidən yararlana bilməyib.
İlk oyun - 1:1
22:00. APOEL (Kipr) - "Midtyulland" (Danimarka) - 0:1
Qol: Erik Svyatçenko, 3
Qol: Erik Svyatçenko, 3
İlk oyun - 2:1
23:15. "Ayaks" (Hollandiya) - "Rapid" (Vyana, Avstriya) - 2:3
Qollar: Arkadiuş Milik, 52. Nemanya Qudel, 75 - Robert Beriç, 12. Luis Şaub, 39; 77
İlk oyun - 2:2
İlk oyun - 2:2
23:45. "Monako" (Fransa) - "Yanq Boyz" (İsveçrə) - 4:0
Qollar: İvan Kavaleyro, 54. Layvin Kurzava, 64. Antoni Martial, 70. Stefan əl-Şaravi, 77
Qollar: İvan Kavaleyro, 54. Layvin Kurzava, 64. Antoni Martial, 70. Stefan əl-Şaravi, 77
İlk oyun - 3:1