ABŞ yığma komandasının baş məşqçisi Yurgen Klinsmann DÇ-2014-ün qrup mərhələsindəki son rəqibləri - Almaniya yığması ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, almaniyalı mütəxəssis yığmamızın baş məşqçisi - həmyerlisi və hazırda rəhbərlik etdiyi yığmanın məsləhətçisi Berti Foqtsla bağlı da danışıb.
Klinsmann yığmamızın baş məşqçisinin ölkəsinə çoxdan borcunu qaytardığını bildirib. O, Foqtsla işlədiyinə görə xoşbəxt olduğunu söyləyib: "Bizim bir parçamız olduğuna görə, fəxr edirik. Foqts elə bir təcrübəyə malikdir ki, heç kimin görmədiyini görə bilir".
Almaniya yığması ilə görüş üçün Foqtsdan məsləhət istəməyəcəyini bildirən Klinsmann bunu belə əsaslandırıb: "Biz bu futbolçuların hər birini əzbər tanıyırıq. Foqtsun əlavə qeydlərinə ehtiyacımız yoxdur".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |