1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Stoyçevin "Neftçi"yə keçidi düyünə düşdü
Bolqarıstanın "Levski" klubunun sabiq futbolçusu Borislav Stoyçevin "Neftçi"yə transferi düyünə düşüb. Sportnet.az-ın "Tema Sport"a istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi flaqman rəhbərliyini razı salıb.
Amma tərəflər müqavilə müddətində anlaşa bilmirlər. Hazırda Sofiyada olan Stoyçev prosesin sonunu gözləyir. Təcrübəli müdafiəçi bir neçə başqa təklif də alıb. Lakin onlar elə də iddialı klublardan deyil. Hərçənd, təklif ünvanlayanlar arasında Bolqarıstanın yüksək liqa komandaları da var. "Neftçi"yə keçidi alınmasa, futbolçu bu variantlardan birini seçəcək.
Qeyd edək ki, Borislav Stoyçev "Neftçi"yə iyulun 28-də Türkiyənin Afyonkarahisardakı təlim-məşq toplanışı zamanı cəlb olunub.