
"Qəbələ" klubu Avropa Liqasının "pley-off" mərhələsindəki ilk görüşündə Cavid Hüseynovun xidmətindən yararlana bilməyəcək. Sportnet.az-ın məlumatına görə, buna kapitanın Kipr "Apollon"u ilə III təsnifat mərhələsinin cavab görüşündə 3-cü sarı vərəqəni alaraq, cəzalı duruma düşməsi səbəb olub.
Hüseynov daha öncə I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə cavab görüşündə və II təsnifat mərhələsində Serbiya "Çukariçki"si ilə ilk matçda sarı vərəqə alıb.
Qeyd edək ki, "Qəbələ"nin növbəti rəqibi avqustun 7-də atılacaq püşk nəticəsində müəyyənləşəcək. "Pley-off" mərhələsinin oyunları avqustun 20-də və 27-də keçiriləcək.