1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bu klub Avroliqada bilərəkdən uduzub!
İngiltərənin "Vest Hem" klubu Avropa Liqasında mübarizəni qəsdən dayandırıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Slaven Biliç bu işə klub rəhbərliyinin razılığı ilə əl qoyub.
Əslində "Vest Hem" ötən mövsüm Premyer Liqada 12-ci yeri tutub. Klub İngiltərənin "fair-play" reytinqində 1-ci olduğu üçün UEFA-dan əlavə vəsiqənin sahibi kimi Avroliqaya vəsiqə qazanıb. Qitəmiqyaslı turnirdə mübarizəyə ilkin mərhələdən başlayan Biliçin komandası Andorra "Lusitans"ını (3:0, 1:0) və "Malta "Birkirkara"sını (1:0, 0:1 - penaltilərlə - 5:3) üstələdikdən sonra Rumıniya "Astra"sına iki oyunun cəmində (2:2, 1:2) yenilib.
"Vest Hem"in mübarizəni dayandırmasına İngiltərə klublarının Avroliqaya önəm verməmələri və bu turnirdən gəlirin az olması təsirini göstərib. Klub gərgin qrafikdə oynamaq istəməyərək, ondansa bütün diqqətlərini Premyer Liqaya yönəltməyi üstün tutub.