
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsinin hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı qitə miqyaslı klub turnirində təmsil edən "Qarabağ" və "Qəbələ"nin oyunlarını idarə edəcək hakimlər də müəyyənləşib.
"Yanq Boyz" və "Qarabağ" komandaları arasında İsveçrədə keçiriləcək ilk qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub. Bakıda keçiriləcək "Qəbələ" və Yunanıstan "Panatinaikos"unun görüşünü isə ingiltərəli hakimlər idarə edəcək.
Avropa Liqası, pley-off
20 avqust
21:00. "Qəbələ" - "Panatinaikos"
Baş hakim: Andre Marriner
Hakimlər: Simon Bennett, Li Betts
Dördüncü hakim: Robert Madli (hamısı İngiltərə)
23:00. "Yanq Boyz" - "Qarabağ"
Baş hakim: Alon Yefet
Hakimlər: Danni Krasikov, Mahmud Mahaqna
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
"Qarabağ"ın oyununu idarə edəcək A.Yefet azərbaycanlı futbol azarkeşlərinə tanış sima ola bilər. Çünki FİFA referisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan və Bolqarıstan yığmalarının Bakıda keçirilmiş oyununda iştirak edib. Həmin görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Həmçinin "Qəbələ"nin oyununu idarə edəcək A.Marriner də yığma komandanın görüşündə iştirak edib. DÇ-2014-ün seçmə qrup mərhələsində Bakıda keçirilmiş Azərbaycan və Portuqaliya yığmalarının oyunu sözügedən hakimə həvalə olunub. Həminq qarşılaşmada qonaqlar 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, cavab görüşləri avqustun 27-də keçiriləcək.