1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asif Məmmədov "Qəbələ"nin hədəfini açıqladı
"Qəbələ"nin futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasının II turunda AZAL üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib. Sportnet.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi "CBC Sport"a açıqlamasında oyunun asan keçmədiyini bildirib.
O deyib: "Qələbə bizə çox vacib idi. Belə oyunlarda xal itirmək yaxşı hal sayılmır. Çoxdandır süni meydanda oynamırdıq. Sıx qrafiklə çıxış edirik. Hava şəraiti də çox ağır idi. Deməzdim ki, oyunumuz asan keçdi. Buna baxmayaraq, qələbə qazanaraq, 3 xal əldə etdik".
Məmmədov "Qəbələ"nin qarşısına qoyulan məqsədi də açıqlayıb: "Əlbəttə, qarşımıza məqsəd qoyulub. Yeni baş məşqçinin gəlişindən sonra komandamızda irəliləyiş çoxdur. Ona görə də bu mövsüm qarşımıza 2-ci və ya 3-cü yer yox, yalnız 1-ci yer - çempionluq məqsədi qoyulub".