
Topaz Premyer Liqasının 2-ci turunda "Sumqayıt”la qarşılaşacaq "Xəzər Lənkəran” dünən "Kapital Bank Arena”da oyun öncəsi son məşqinə çıxıb. Sportnet.az-ın stadionda olan əməkdaşının verdiyi məlumata görə, saat 20:00-da başlayan məşqə uzun müddətdir zədədən əziyyət çəkən Sadio Tounkara da qatılıb.
Futbolçu fərdi şəkildə məşq edib və stadion kənarında yüngül qaçışla kifayətlənib. "Sumqayıt”la hazırlıqlara qatılmayan L İmam Seydi isə Lənkəranda məşq edir. Əldə etdiyimiz məlumata görə, futbolçu Yunis Hüseynovun ona verdiyi fərdi məşq proqramı əsasında hazırlıqlar keçir.
Qeyd edək ki, "Sumqayıt” – "Xəzər Lənkəran” matçı bu gün "Kapital Bank Arena”da keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.