"Qarabağ"ın İsveçrədə "Yanq Boyz"la keçirəcəyi Avropa Liqasının ilk "pley-off" matçının hakimləri dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, avqustun 20-də Berndəki "Stade de Suisse"də baş tutacaq oyunu rusiyalı Aleksandr Bezborodovun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Ona Nikolay Qolubev və Maksim Qavrilin yan xətt, Aleksey Yeskov 4-cü hakim qismində yardımçı olacaq. Hakim-inspektor Farer adalarından olan Lassin İsaksen, UEFA nümayəndəsi Mixal Mertinyakdır. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Qeyd edək ki, bir neçə gün öncə "Yanq Boyz" - "Qarabağ" matçını Alon Yefet, Danni Krasikov, Mahmud Mahaqna və Ziv Adlerdən ibarət israilli hakimlər briqadasının idarə edəcəyi açıqlanmışdı.