
Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda Xorvatiya, sentyabrın 6-da isə səfərdə Malta yığmaları ilə keçirəcəyi oyunlar öncəsi təlim-məşq toplanışı təşkil olunacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 24-dən sentyabrın 7-dək baş tutacaq təlim-məşq toplanışına dəvət alan futbolçular açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, baş məşqçi Robert Prosineçki cəmi 4 legionerə dəvət göndərib. Yerlilərdən isə ilk dəfə hücumçu Nurlan Novruzov yığmaya çağırılıb.
Kamran Ağayev – "Karşıyaka” (Türkiyə)
Aqil Məmmədov – "Neftçi”
Səlahət Ağayev – "İnter”
Tərlan Quliyev – "Kəpəz”
Bədavi Hüseynov – "Qarabağ”
Rəşad Sadıqov – "Qarabağ”
Magomed Mirzabekov – "Qəbələ”
Arif Daşdəmirov – "Qəbələ”
Ruslan Abışov – "Xəzər Lənkəran”
Pavel Paşayev – "Metallurq" (Zaporojye”, Ukrayna)
Ürfan Abbasov – "Qəbələ”
Rəşad Sadiqov – "Qəbələ”
Seymur Əsədov – AZAL
Rəhman Hacıyev – "Neftçi”
Qara Qarayev – "Qarabağ”
Cavid Tağıyev – "Qarabağ”
Elvin Camalov – "Qəbələ”
Coşqun Diniyev – "Qarabağ”
Elvin Məmmədov – "Qarabağ”
Əfran İsmayılov – "Qarabağ”
Dmitri Nazarov – "Karlsrue” (Almaniya)
Ruslan Qurbanov – "Neftçi”
Araz Abdullayev – "Neftçi”
Rahid Əmirquliyev – "Xəzər Lənkəran”
Elnur Cəfərov – "Xəzər Lənkəran”
Vüqar Nadirov – "Xəzər Lənkəran”
Magomed Qurbanov – "Neftçi”
Rauf Əliyev – "İnter”
Nurlan Novruzov – "Zirə”
Eddi İsrafilov – "Eibar” (İspaniya)