"Düşünürəm ki, 0:0 pis nəticə deyil. Səfərdə nəticə əldə edib mərhələ adlamaq istəyirik". Sportnet.az-ın məlumatına görə, bunu Avroliqanın "play-off" mərhələsinin ilk oyunu çərçivəsində Yunanıstanın "Panatinaikos" ilə qarşılaşmadan sonra "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov jurnalistlərə açıqlamasında bildirib.
İkinci hissənin sonlarında bir az yorğun olduqlarını bildirən futbolçu, ümumilikdə qol epizodlaarının olduğunu, sadəcə onların yararlana bilmədiklərini qeyd edib. R.Sadiqov komandanın kapitanı Cavid Hüseynovun meydanda yoxlu ilə bağlı da fikir bildirib:
"Cavidin olmamağı təkcə mənim deyil, bütün komandanın işini çətinləşdirir. O topnan oynayan, hər an hücumlarda təhlükəli vəziyyət yara bilən futbolçudur. İstər-istəməz komandaya öz təsirini göstərir".